Baş səhifə
Xəbərlər
Akademiya
Akademiya əməkdaşları üçün “Nağdsız hesablaşmalar və köçürmə sistemləri” adlı onlayn seminar keçirilib

Akademiya əməkdaşları üçün “Nağdsız hesablaşmalar və köçürmə sistemləri” adlı onlayn seminar keçirilib

Noyabrın 16-da Dövlət Gömrük Komitəsinin Akademiyasının əməkdaşları üçün Azərbaycan Respublikası Mərkəzi Bankının təşkilatçılığı ilə "Kapital Bank" tərəfindən “Nağdsız hesablaşmalar və köçürmə sistemləri” adlı onlayn seminar keçirilib.

Mərkəzi Bankın İstehlakçılarla iş departamentinin Maliyyə Savadlılığı şöbəsinin kiçik mütəxəssisi Suğra Ağayeva seminar haqqında qısa məlumat verərək, sözügedən tədbirin Mərkəzi Bankın cəmiyyətin iqtisadi maarifləndirilməsi və maliyyə savadlılığının artırılması çərçivəsində aparılan işlərdən biri olduğunu deyib.

Öz növbəsində, "Kapital Bank"ın Filial şəbəkəsinin idarə edilməsi departamentinin Monitorinq və nəzarət şöbəsinin meneceri Əlifağa Məlikov nağdsız hesablaşmanın dünyada və Azərbaycanda son illərdə nə qədər artdığını bildirərək, ölkədə olan pul köçürmə sistemləri haqqında məlumat verib. Həmçinin, ölkədaxili və xarici köçürmələrdə blankların doldurulma qaydaları, mövcud olan məhdudiyyətlər, komissiyalar və digər şərtlərdən bəhs edib.

Seminarda beynəlxalq pul köçürmə platformaları ilə yanaşı, yerli sürətli pul köçürmə sistemi olan haqqında da məlumat verilib. Bankın bu sahədə apardığı işlərdən danışılıb.

Sonra çıxışçılar sualları cavablandırıblar.

Akademiyanın Təlim və innovasiyalar üzrə rəis müavini Ramiz Hümbətov maraqlı təqdimat və çıxışlara görə Mərkəzi Bankın və "Kapital Bank"ın nümayəndələrinə təşəkkürünü bildirib.

İctimaiyyətlə əlaqələr şöbəsi